İtaliya A Seriyasında baş məşqçi dəyişikliyi reallaşıb
İtaliya A Seriyasında baş məşqçi dəyişikliyi reallaşıb. “Palermo” rəhbərliyi baş məşqçi Alberto Malezanini istefaya göndərib.

Malezani 3 həftə əvvəl bu posta təyin olunmuşdu. Maraqlıdı ki, onu 3 həftə əvvəl istefaya göndərilən Qian Pyero Kasperini əvəzləyib. Malezaninin rəhbərliyi altında “Palermo” 3 oyunun hamısında heç-heçə etmişdi. Bu artıq “Palermo”da cari mövsümdə 3-cü məşqçi yerdəyişməsidi.

Xəbər 890 dəfə oxundu.