Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinettini qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinettini qəbul etmişdir.
Rafael Martinetti Azərbaycanın böyük güləş ənənələrinə malik olduğunu bildirərək, Bakıda güləş üzrə Qran-pri beynəlxalq turnirinin yüksək səviyyədə təşkilini və ölkəmizdə güclü güləş komandasının olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Bakıda güləş üzrə Qran-pri beynəlxalq turnirinin keçirilməsinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanda bu cür idman tədbirlərinin keçirilməsini ölkəmizin beynəlxalq idman aləmində əməkdaşlığının daha da genişlənməsi işinə xidmət etdiyini bildirdi.

27 iyun 2008-ci il

Xəbər 1348 dəfə oxundu.