“Simurq” hazırlıqlarını davam etdirir
Azərbaycan Kubokunun 1/4 final mərhələsində fevralın 27-si “Neftçi”ni qonaq edəcək “Simurq” hazırlıqlarını davam etdirir. Dünən bir məşqə çıxan komanda əvvəlcə fitness zalda çalışıb. Ardınca qısa məsafəli qaçışdan sonra isinmə hərəkətləri yerinə yetirilib. Qruplara bölünərək “kvadrat” oynayan futbolçular məşqi ikitərəfli oyunla tamamlayıb.

Hazırda komandanın heyətində zədəli futbolçu yoxdu. Ancaq icarə əsasında “Neftçi”dən transfer olunan Nicat Qurbanov və Eyyub Əliyev müqavilə şərtlərinə görə turnir cədvəlinin hazırkı liderinə qarşı matçda forma geyinə bilməyəcək.

Xəbər 858 dəfə oxundu.