“İnter” kubok oyunlarının hazırlığına başlayıb
Artıq ilk “altılıq”da yerini möhkəmləndirən “İnter” kubok oyunlarının hazırlığına başlayıb. Komanda dünən saat 13.00-da “Şəfa” stadionunda bir araya gələrək bərpa məşqinə çıxıb.

Bu gündən etibarən “İnter” Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Bakı” ilə oyuna hazırlaşmağa başlayacaq. Kaxaber Tsxadadzenin yetirmələri bu matça “Şəfa” stadionunda hazırlaşacaqlar. Bu gün keçiriləcək məşq prosesi saat 13.00-da start götürəcək.

Xatırladaq ki, “Bakı”- “İnter” oyunu fevralın 27-də “Bakı” Futbol Klubunun Təlim-Məşq Bazasının stadionunda baş tutacaq.

Xəbər 929 dəfə oxundu.