Levandoskini İtaliyada gözləmirlər
«Yuventus» Dortmund «Borussiya»sının forvardı Robert Levandovskinin alınmasında maraqlı deyil. İdman.com.az saytı xəbər verir ki, futbolçuya İtaliya, klublarından, ilk növbədə də Turindən maraq göstərilməsi ilə bağlı yayılan xəbərləri onun agenti Sezar Kuçerski təkzib edib.

Agent Levandovskinin yayda komandasını tərk edə biləcəyini, ancaq onunla nə «Yuventus»dan, nə də başqa bir italyan komandasından kiminsə əlaqə saxlamıdığını deyib. Polşalı futbolçu ilə daha öncə «Bavariya» və «Mançester Yunayted» fəal maraqlanırdılar.

Xəbər 864 dəfə oxundu.