Ronaldu Pereslə mayda danışacaq
İspan mətbuatının yazdığına görə, Madrid «Real»ının forvardı Kriştianu Ronaldu «Kral kulubu»nda oynamağa davam etmək fikrindədir. Bunu klub rəhbərliyinə portuqaliyalı futbolçunun agenti Jorje Mendeş deyib. May ayında «Real»ın prezidenti ilə futbolçunun danışıqlar masası arxasına əyləşməsi gözlənilir.

Peres məhz həmin görüşdə portuqaliyalıya yeni müqavilənin şərtlərini təqdim edəcək. Futbolçunun hazırkı müqaviləsi isə 2015-ci ilədəkdi. Kriştianu Ronaldunun seçimndə yerli azarkeşlərin ona münasibəti də əhəmiyyətli rol oynaıb.

İdman.com.az saytının məlumatına görə, cari mövsüm boyu Ronaldu kədərli olduğunu və özünü «Real»da xoşbəxt hiss etmədiyini söyləmişdi. O, hətta Peresdən klubu tərk etməsinə izn istəmişdi. Lakin sonradan o qəm-qüssəsinin keçmişdə qaldığını söyləmişdi. Yəqin ki, bütün bunlar da elə maydakı görüşə daha iddialı getmək üçün bir üsuldur.

Xəbər 864 dəfə oxundu.