Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kikboksinq Təşkilatları Dünya Assosiasiyasının prezidenti Ennio Falsonini qəbul etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Kikboksinq Təşkilatları Dünya Assosiasiyasının prezidenti Ennio Falsonini qəbul etmişdir.
Ennio Falsoni Azərbaycanda idmanın inkişafı üçün hər cür şəraitin yaradıldığını vurğuladı. Ölkəmizin beynəlxalq idman aləmində artan nüfuzundan danışan qonaq bir sıra mötəbər beynəlxalq yarışların keçirilməsi üçün Azərbaycanda əlverişli imkanın olduğunu söylədi.
Prezident İlham Əliyev Azərbaycanda idmanın bütün növlərinə dövlət tərəfindən yüksək diqqət göstərildiyini, gənclərin fiziki sağlamlığı üçün ölkəmizin hər yerində lazımi idman infrastrukturunun yaradıldığını bildirdi. Dövlətimizin başçısı Kikboksinq Təşkilatları Dünya Assosiasiyası ilə Azərbaycanın müvafiq idman qurumlarının əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu vurğuladı.

27 fevral 2009-cu il

Xəbər 1318 dəfə oxundu.