«Roma» müqavilələri yeniləyir
«Roma» rəhbərliyi üç aparıcı futbolçusu ilə müqaviləni mövsümün sonunadək yeniləməyi düşünür. İdman.com.az saytının məlumatına görə, bunlar mayda 19 yaşı olacaq və 5 illik müqaviləsi olan Markinyos, martda 21 yaşını qeyd edəcək Erik Lamela və 23 yaşlı Miralem Pyaniçdir.

Lamelanın agenti bu günlərdə bildirib ki, böyük klublardan futbolçuya maraqlar var və bu, normal haldı. Lakin hələ ki, transferlərdən danışmağa tezdir. Erikin hazırkı müqaviləsi 2016-cı ilədəkdi. Pyaniçdə isə bu müddət 2015-ci ildə bitir və onun ən azı 2 il də uzadılması planlaşdırılır.

Digər yandan «Roma»nın səhmdarları sırasına İordaniya şahzadəsi qatıla bilər. Adı çəkilməyən şahzadənin klubun səhmlərinin 40 faizinə sahib «Yunikredit»i alacağı barədə söhbətlər yaranıb. Mətbuatda bu milyardçının ancaq inisialları yazılır – A.A.A.Q. Onun «Yuventus»la matçda stadionda olduğu bildirilir.

Xəbər 916 dəfə oxundu.