Suares üçün 46 milyon avro
«Bavariya» nəzərlərini «Liverpul»un hücumçusu Luis Suaresə salıb. İdman.com.az saytının məlumatına görə, Münhen klubu mersisaydlı üçün 46 milyon avro xərcləməyə hazırdır.

«Liverpul»un bu mövsüm Çempionlar Liqasına düşməsinin müşkül olduğunu nəzərə alsaq, Suares özü transferi üçün klubu qarşısında ultimatum qoya bilər.

Transfermarket uruqvaylını 36 milyon dəyərində göstərir. «Liverpul» futbolçunu 2011-ci ildə 26,5 milyona «Ayaks»dan almışdı.

Xəbər 952 dəfə oxundu.