İdman ictimaiyyətinin nümayəndələri Anatoli Banişevskinin məzarını ziyarət ediblər
Fevral 23-də Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər “Neftçi” komandasında çıxış etmiş mərhum Anatoli Banişevskinin anadan olmasının 67-ci ildönümüdür.

Bu münasibətlə AFFA-nın əməkdaşları, “Neftçi” klubunun nümayəndələri, veteran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət etmiş, abidəsinin önünə əklil və gül dəstələri qoymuş, onunla bağlı xatirələrini yada salmışlar.

AFFA-nın baş katibi Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov və futbol veteranı Rüstəm Rəhimov çıxış edərək A.Banişevskinin Azərbaycan futbolunun inkişafı üçün xidmətlərini qeyd etmiş, onun futbol tariximizdə özünəməxsus yeri olduğunu bildirmiş, xatirəsini hər zaman əziz tutduqlarını demişlər.

AzərTAc

Xəbər 1220 dəfə oxundu.