Holosko: «Türk vətəndaşı olmaq istəyirəm»
«Beşiktaş»ın slovak futbolçusu Filip Holosko, komanda yoldaşı Tomas Sivokla birlikdə Türkiyə vətəndaşlığına keçmək istədiklərini bildirib.
Filip Holosko çex futbolçu Sivokun da onu kimi Türkiyəni və İstanbulu çox sevdiyini deyərək, «Sivok da, mən də Türkiyə vətəndaşlığını istəyirik, amma necə olacağını görəcəyik. Bu mövzuyla rəhbərliyimiz və inzibati işçilərimiz maraqlanır. Təfərrüat haqqında çox məlumatlı deyiləm, amma istəyirik» - deyib.

Holosko beş ildir «Beşiktaş»da forma geydiyini, mövsüm başında başqa klublardan təkliflər aldığını, ancaq bunları qəbul etmədiyini dilə gətirərək, «Burada özümü evimdə, böyük ailənin bir parçası kimi hiss edirəm. Həm mən, həm ailəm İstanbulda, Türkiyədə yaşamaqdan çox xoşbəxtik. Türkiyə çox gözəl bir ölkədi. Həyat yoldaşım, mən və uşaqlarım özümüzü Türkiyənin bir parçası, yalnız öz ölkəmizin deyil, buranın da vətəndaşı kimi hiss edirik. Bütün bunlar «Beşiktaş»ın təklifini qəbul etməmdəki faktorlar idi. Maaşımda belə müəyyən endirimə getdim və nəhayət, qazanan mən oldum. «Beşiktaş»la olan müqaviləmi daha 3 il uzatdım. Elə də ciddi bir fədakarlıq deyil, amma etdiyim fədakarlığa görə heç bir şəkildə peşiman deyiləm» - söyləyib.

Slovak futbolçu, artıq Türk mədəniyyətinə tamamilə uyğunlaşdığını deyib: «Türkiyədə 7 ildir yaşayıram və mədəniyyətinə tamamilə uyğunlaşmışam. Hətta «türkəm» belə deyilə bilər. Türk mədəniyyətindən mənə ən yaxın gələn, insanların davranışları, sevgi dolu, yardımsevər olmaları, bizim insanlar kimi soyuq olmamaları, isti olmalarıdı».
«Türkcəm pis deyil» deyən Holosko, ancaq gələcəkdə futbolu buraxdıqdan sonra «Beşiktaş»da və ya Türkiyənin başqa klublarında məşqçi kimi çalışması üçün dilini inkişaf etdirməsi lazım olduğunu söylədi.
Həyatındakı bütün məsələləri türkcə həll edə bildiyinə işarə edən Holosko deyib: 'Komanda yoldaşlarımla çox yaxşı anlaşıram. Uyğunlaşma üçün dil öyrənmək insanın işini rahatlaşdıra bilər. Türkcəm yaxşı olmasına baxmayaraq, daha da inkişaf etdirmək istəyirəm. Futbolu buraxdıqdan sonra gərək «Beşiktaş»da, lazım gəlsə başqa klublarda iş ehtimalını artırmaq istədiyim üçün dili daha mükəmməl öyrənmək istəyirəm. Ancaq tərcüməçinin olması işləri daha da rahatlaşdırır».

«Beşiktaş»lı futbolçu, uşaqlığında «Beşiktaş»ın Praqa «Sparta»sı matçını televiziyadan izlədiyini və «Beşiktaş» fanatlarının komandanı necə dəstəklədiyini gördüyünü deyib.
Filip Holosko «Beşiktaş» tarixində özünü necə görürsən» sualını isə «Bir mövsümdə iki turniri qazandıq. 2,5 illik müqaviləm var. Heç olmasa bir çempionluq kuboku da qaldıracağıma inanıram. «Beşiktaş»ın tarixində necə bir yer əldə edəcəyimi isə söyləməyim çətindi və mümkün deyil. Buna qərar verməli olanlar başqalarıdır» - deyə cavablandırıb.

İdman.com.az saytı xəbər verir ki, Superliqada 9, Türkiyə Kubokunda da 2 qol vuran Holosko, oyun keyfiyyətinin artmasıyla əlaqədar «Şansım yerindədi və yaxşı bir mövsüm keçirirəm. Bir oyunçu hər matçda oynadığı zaman artıra bilər, hər matçda oynadığı zaman bir az daha özünü inkişaf etdirə bilər. Məşqçi mənə hər matçda şans verdiyi üçün oyun keyfiyyətimin daha da artdığını söyləyə bilərəm» - deyib.

Xəbər 1046 dəfə oxundu.