Ruslan Abışov bu gün «Rubin»lə rəsmi müqavilə bağlayır
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov bu gün Tatarıstan «Rubin»ini ilə rəsmi müqavilə bağlayacaq. Adı çəkilən məlumatı idman.com.az saytı etibarlı mənbədən alıb.

Qeyd edək ki, Kazan klubunun baş məşqçisi Qurban Berdıyev müdafiəçimizi hələ ötən mövsüm heyətdə görmək istəyirdi. Amma o vaxt müəyyən səbəbdən bu keçid baş tutmamışdı.

Deyilənə görə, rusiyalı mütəxəssis Ruslanı arxa xətlə yanaşı, yarımmüdafiədə də oynamaq istəyir.

Xatırladaq ki, Abışovun ölkəmizdə son forma geyindiyi komanda «Xəzər-Lənkəran» olub.

KAMRAN

Xəbər 990 dəfə oxundu.