Ayxan Abbasov karyerasına son qoyub
Futbol üzrə Azərbaycanın olimpiya yığmasının sabiq üzvü Ayxan Abbasov karyerasına son qoyub.

31 yaşlı müdafiəçi aşağı divizion klublarından təklif alsa da, onları dəyərləndirməmək qərarına gəlib.

“Turan”, “Qarabağ” və “İnter”in əsas heyət üzvü olmuş A.Abbasov məşqçilik karyerasına başlamaq istəyir.

futbol11.az

Xəbər 846 dəfə oxundu.