“Reykyavik Open 2013” beynəlxalq şahmat turniri davam edir
2013-cü il fevralın 19-da İslandiyanın paytaxtı Reykyavik şəhərində start götürən ənənəvi “Reykyavik Open 2013” beynəlxalq şahmat turniri davam edir. Turnirdə 33 ölkədən 227 şahmatçı iştirak edir. Ölkəmizi bu turnirdə qadın Millimizin üzvləri, beynəlxalq qrossmeysterlər Gülnar Məmmədova və Türkan Məmmədyarova təmsil edirlər.

4-cü turun nəticələrinə görə hər iki şahmatçımız aktivlərinə 2.5 xala yaza biliblər.

Xatırladaq ki, “Reykyavik Open 2013” beynəlxalq şahmat festivalı fevralın 27-də başa çatacaq.

Xəbər 925 dəfə oxundu.