“Simurq” “Bakı” ilə oyunun hazırlıqlarını tamamlayıb
“Simurq” “Bakı” ilə oyunun hazırlıqlarını tamamlayıb.Dünən axşam saatlarında son məşqinə çıxan komanda bir saatdan artıq davam edən çalışmalarda əsasən qısa ötürmələr üzərində verilən tapşırıqları yerinə yetirib.

Sonda isə ikitərəfli oyunla hazırlıqları tamamlayaraq qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb. Topaz Premyer Liqasının XXI turu çərçivəsində “Bakı”nı qonaq edəcək “Simurq”un heyətində hazırda heç bir itki yoxdu. Kapitan Rasim Ramaldanovunda komanda ilə birlikdə hazırlıqlarda iştirak etməsi məşqçilər korpusunun üzünü güldürüb.

Xəbər 852 dəfə oxundu.