Burak “Türk Telekom Arena”da turnirdəki 7-ci qolunu vurub
Çempionlar Liqasının qrup mərhələsinin 6 oyununda 6 qol vuran və Kriştiano Ronaldo ilə birlikdə bombardirlər yarışına başçılıq edən Burak Yılmaz 1/8 finalın ilk oyununda da özündən söz etdirdi. Ulduz futbolçu “Şalke 04″lə “Türk Telekom Arena”da turnirdəki 7-ci qolunu vurub.

Ronaldonun “Mançester Yunatyed”lə oyunda 7-ci qolunu vurmasından sonra Almaniya klubu ilə matçda fərqlənən Burak yenidən portuqaliyalı ulduza çatıb. Maraqlı məqam isə ondan ibarətdi ki, türk futbolçu çərçivəyə endirdiyi 16 zərbədən 7-sini qola çevirdiyi halda, Ronaldo buna 31 zərbədə nail olub.

“Qalatasaray”ın bu mövsüm Çempionlar Liqasında vurduğu 8 qoldan 7-sini Burakı rəqib qapılarından keçirib. Bununla da o, türk klublarının Çempionlar Liqası tarixində bir mövsümdə ən çox qol vuran futbolçusu olub.

Bundan əvvəl isə bu rekord Mario Jardelə məxsus idi. Braziliyalı 2000-2001 mövsümündə qrup və sonrakı matçlarda 6 qola imza atmışdı.
Burak türk klublarının Çempionlar Liqasında ən çox qol vuran oyunçuları sıralamasında ikinci pilləyə yüksəlib. O, bu siyahıda “Qalatasaray”ın sabiq kapitanı Hakan Şükürdən geri qalır. Hakan bu turnirdə 13 qol vurub. Mario Jardel, Oktay Dərəlioğlu və Ümit Karan isə 6 dəfə fərqlənib.

Xəbər 892 dəfə oxundu.