Şəki şəhərində şəhər birinciliyi keçirilib
21 fevral Şəki şəhəri üzrə ali və orta ixtisas məktəblərində oğlanlar arasında basketbol idman növü üzrə şəhər birinciliyi keçirilib.

14 saylı orta məktəbdə 50 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi basketbol idman növünün kütləviliyinə nail olmaq, perspektiv idmançıları aşkar edərək zona komandasına cəlb etmək olub.

Sonda Pedaqoji kollec birinciyə, musiqi kolleci ikinciyə, texniki Kollecin komandaları üçüncü yerə layiq görülüblər.

Xəbər 828 dəfə oxundu.