“Simurq” hazırlıqları ara vermədən davam etdirir
Topaz Premyer Liqasının XXI turunda “Bakı” ilə üz-üzə gələcək “Simurq” hazırlıqları ara vermədən davam etdirir. Bu gün növbəti məşqinə çıxan Georgi Çixradzenini yetirmələri əsasən texniki və takniki çalışmalardan ağırlıqlı tapşırıqlar üzərində işləyib.

Qapıçılar Dmitri Kramarenko, David Pietrzkeiviç və Eyyub Əliyev qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında xüsusi məşq edib. Hazırda tam heyətlə paytaxt təmsilçisi ilə görüşə hazırlaşan Zaqatala təmsilçiləri sabah son məşqinə çıxacaq. Bundan sonra istirahətə çəkiləcək komanda qarşılaşmanın başlama vaxtını gözləyəcək.

Xəbər 851 dəfə oxundu.