“Dördlər finalı”nın biletləri satışa çıxarılıb
Qadın voleybolçular arasında Çempionlar Liqasının İstanbulda keçiriləcək “Dördlər finalı”nın biletləri satışa çıxarılıb. Azərbaycan çempionu “Rabitə”nin də mübarizə aparacağı həlledici mərhələyə canlı baxmaq istəyənlər ən azı 20 Türkiyə lirəsindən (8 manat 80 qəpik) keçməli olacaqlar.

Burhan Fələk Voleybol Salonunda baş tutacaq “Dördlər finalı”nda ən baha bilet isə 100 lirədir (44 manat).

Yarışın ev sahibliyini “Qalatasaray” yarımfinalda “Vakıfbank”la, “Rabitə” isə “Yamamay”la oynayacaq.

Xəbər 866 dəfə oxundu.