Yevlaxda şəhər birinciliyi keçirilib
Fevralın 17-də Yevlax şəhər Aran I qəsəbə 1 saylı M.Pənahovun adına orta məktəbin idman zalında çox mübarizəli idman döyüş növləri üzrə açıq şəhər birinciliyi keçirilib.

Qazax, Göyçay,İsmayıllı, Ucar və Yevlax şəhər komandalarının iştirakı ilə keçirilən yarışda 17 çəki dərəcəsində idmançılar mübarizə aparıblar.

Sonda qaliblər Yevlax şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Xəbər 1195 dəfə oxundu.