Mingəçevir şəhərində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması ilə əlaqədar əlavə tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI | |
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı proqramlarının icrası çərçivəsində ölkəmizin şəhər və rayonlarında bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər uğurla həyata keçirilir. Mingəçevir şəhərində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması ilə əlaqədar işlərin sürətləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Mingəçevir şəhərində “Kür” Olimpiya Tədris İdman Mərkəzinin yenidən qurulması işlərinin sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 noyabr 2009-cu il. |
|
Xəbər 1171 dəfə oxundu. |
|
|