Reykyavik Open 2013
2013-cü il fevralın 19-da İslandiyanın paytaxtı Reykyavik şəhərində ənənəvi “Reykyavik Open 2013” beynəlxalq şahmat turniri start götürüb. Turnirdə 33 ölkədən 227 şahmatçı iştirak edir. Ölkəmizi bu turnirdə qadın Millimizin üzvləri, beynəlxalq qrossmeysterlər Gülnar Məmmədova və Türkan Məmmədyarova təmsil edirlər.

1-ci turda Gülnar Məmmədova Argentina şahmatçısı Eduardo Bauza Mercereyə, Türkan Məmmədyarova isə İslandiya şahmatçısı John Ontiverosa qalib gələrək aktivlərinə 1 xal yazıblar.

“Reykyavik Open 2013” beynəlxalq şahmat festivalı fevralın 27-də başa çatacaqdır.

Xəbər 904 dəfə oxundu.