Abdul Kader Kamara özünə yeni klub tapıb
Ötən yay “Qəbələ”dən ayrılan Abdul Kader Kamara özünə yeni klub tapıb. Qvineya əsilli legioner karyerasını yaşadığı Belçikada davam etdirəcək.

Belə ki, o, 1-ci liqada çıxış edən “Vize” klubu ilə anlaşıb. Kamara artıq yeni komandasında debüt etdi. 2 oyunda start heyətində yer alan Abdul Kader 123 dəqiqə oynayıb, 1 sarı və 21 qırmızı vərəqə alıb. Afrikalı futbolçu 6 ay + 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi ölkəmizdə AZAL (14 oyun) və “Qəbələ”də (48 oyun) çıxış edib. O, əvvəllər Hollandiyada “Vitess”, Belçikada “Harelbeke”, “Serkl Brügge”, “Hoysden-Tsolder”, “Dessel Sport” klublarında forma geyinib.

Xəbər 872 dəfə oxundu.