İbrahimoviç karyerasını Almaniyada davam etdirmək istəyir
PSJ-nin futbolçusu Zlatan İbrahimoviç futbolçu karyerasını Almaniyada davam etdirmək istəyir.

İsveç millisinin hücumçusu Münhen “Bavariya”nın onu istəyəcəyi təqdirdə bu klubun formasını geyə biləcəyini söyləyib.

“Bundesliqa məni cəzb edən liqalardan biridir. Bəlkə bir gün orada forma geyə bilərəm. Karyeramı bitirmək üçün hələ zamanım var. Almaniyaya getsəm, əlbəttə ki, klubum “Bavariya” olar” - deyə o, Münhen təmsilçisinə mesaj yollayıb.

Qol.az

Xəbər 884 dəfə oxundu.