“2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi dövlət proqramı”nın təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında şahmat sahəsində mövcud potensialı və əldə olunmuş yüksək nailiyyətləri nəzərə alaraq, şahmata dövlət qayğısının daha da artırılması, o cümlədən onun maddi-texniki təminatının möhkəmləndirilməsi, elmi-metodiki və normativ hüquqi bazasının təkmilləsdirilməsi məqsədi ilə qərara alıram:
1. “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlərin əlaqələndiricisi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 may 2009-cu il.

Xəbər 1353 dəfə oxundu.