Baş məşqçinin adını stadiona verəcəklər
Nigeriya yığmasının Afrika Millətlər Kubokundakı uğurunun memarı olan komandanın baş məşqçisi Stiven Keşə sürpriz hazırlanıb. İdman.com.az saytının məlumatına görə, baş məşqçinin adını ölkədə stadiona verəcəklər.

İndi Asaba şəhərindəki stadion Stven Keşin adını daşıyacaq. Keşin özü Afrika Millətlər Kubokundakı qələbədən sonra istefa vermişdi. Lakin sonradan qərarını dəyişib vəzifədə qalıb.

Xəbər 965 dəfə oxundu.