Naninin «Bentli»si polis maşını ilə toqquşdurub
«Mançester Yunayted»un yarımmüdafiəçisi Nani avtomobil qəzasına düşüb. İdman.com.az saytının məlumatına görə, o, avtomobilini polis maşını ilə toqquşdurub. Havbekin 180 min funt dəyərində «Bentli»si ciddi xəsarət alıb.

Hadisə ötən cümə axşamı baş verib. Portuqaliyalı futbolçunun özü xəsarət almayıb. Lakin baş verənlərdən Nani şok vəziyyətinə düşüb. Hadisə polis maşınının sürücüsünün günahı üzündən baş verib. Həmin polisi artıq sürücülük vəsiqəsindən məhrum ediblər.

Xəbər 3578 dəfə oxundu.