Terim Droqba və Sneyderin faydasını gözləyir
«Qalatasaray»ın «Akhisar Bələdiyyəspor» üzərində qələbəsindən sonra komandanın baş məşqçisi Fateh Terim öz şərhini verib. İdman.com.az saytının məlumatına görə, türkiyəli mütəxəssis, ulduz futbolçuların komandaya gəlişi ilə ön xəttdə gücləndiklərini deyib:

«Biz vaxib qələbə əldə etmişik. Bu qələbə xarici legionerlərimizin komandanın uğuruna öz paylarını verməsi ilə daha da dəyərlidir. «Qalatasaray» Droqba və Sneyderin keçidi ilə daha güclü oldu.

Bu futbolçular ümumi dil tapa biləcəklər və öz ambisiyalarından asılı olmayaraq, fayda verə biləcəklər. Droqba əvvəldən əldə edilmiş razılığa əsasən son yarım saat üçün meydana çıxdı. O hələ formasını yığmaqdadır».

Xəbər 910 dəfə oxundu.