«Arsenal» Valdeslə maraqlanır
London «Arsenal»ı «Barselona» ilə müqaviləsi gələn ilin 30 iyununda bitəcək 31 yaşlı qapıçı Viktor Valdeslə maraqlanır. İdman.com.az saytının məlumatına görə, britaniyalılar kataloniyalılara 10 milyon funt ödəməyə hazırdılar. Lakin onlar qapıçının özünə həftədə 120 min funt ödəmək fikrində deyillər.

Yens Lemanın gedişindən sonra londonlular özlərinə o səviyyədə qapıçı tapa bilmirlər. Bu rolda polyaklar Voysex Şensnı və Lukaş Fabianski özlərini göstərə bilmədilər. «Topçular»ın baş məşqçisi Arsen Venjer ötən il «Liverpul»dan Pepe Reynanı cəlb etmək üçün uğursuz cəhdlər etdi
Valdesin özü İngiltərədə oynayaraq başqa mədəniyyətlə də tanış olmaq istəyinə öz fikirlərində işarə edib. Qapıçının bütün karyerası kataloniyalıların heyətində keçib. «Barselona»nın gənclər komandasının yetirməsi əsas heyətdə 2002-2003-cü illər mövsümündə debüt edib. Kataloniyalıların o vaxtkı baş məşqçisi Radomir Antiç argentinalı Roberto Bonanonun bir neçə uğursuz oyunundan sonra qapıda yeri Valdesə etibar etdi.

O vaxtdan Valdes komandanın rəmzlərindən birinə çevrildi. Messi kimi olmasa da, hər halda bu qapıçısız indi «Barselona»nı təsəvvür etmək çətindi. Ancaq İspaniya yığmasına Valdesi uzun müddət dəvət etmirdilər. Hətta Avro-2004-də və 2008-də, eləcə də 2006-cı il dünya çempionatında onu İker Kasilyasın ikinci əvəzedicisi kimi də aparmadılar. «Barselona»nın klub turnirlərində uğurlu oyunlarından sonra Visente del Boske 2010-cu il dünya çempionatına Valdesi aparmaq qərarına gəldi. Bir oyun belə oynamadan qapıçı 28 yaşında dünya çempionu oldu. Eyni adisə Avro-2012-də də təkrarlandı.

Mütəxəssislər qapıçının yaxşı reaksiyasını, çıxışlarda inamlı oyununu və müdafiəyə rəhbərlik etmək bacarığını qeyd edirlər. Çətin ki, təcrübəli qapıçı İspaniyada bir nömrəli olmasını Premyer Liqadakı uğurlu oyunu ilə təsdiqləmək barədə düşünsün. Ancaq Britaniya mədəniyyətilə tanış olmaq istəyinin agentlərin lazımlı bir gedişi olması istisna deyil. Axı qapıçının «Barselona» ilə müqaviləsinin bitməsinə 1 ildən bir qədər artıq vaxt qalıb və yenisi barədə düşünməyin əsl vaxtıdı. «Arsenal»ın təklifi isə onun «Barselona» rəhbərliyi ilə danışıqlarda qiymətini artıra bilər.
Yüksək səviyyəli qapıçı axtaran «Arsenal» çətin ki, Valdesin tələblərinin qarşısında durra bilsin. Söhbət həftəlik 120 min funt maaşdan gedir. Elə «Barselona»nın özünə də azı 10 milyon funt ödəmək lazım gələcək.

Xəbər 1052 dəfə oxundu.