"Qarabağ" hazırlıqlara başlayıb
"Qarabağ" Premyer Liqanın XXI turunun hazırlıqlarına start verib. Cümə günü təsnifat mərhələsində sonuncu səfər görüşünə çıxacaq komanda 2 məşqlə hazırlaşır. "Rəvan"ın qonağı olacaq Adam təmsilçisi ilk məşqini Suraxanı qəsəbə stadionunda edib.

"Qarabağ" məşqləri tam heyətlə keçə bilmir. Yeni transfer Branimir Subaşiç "Sumqayıt"la baş tutan sonuncu görüşdə zədələnib. Qolunu zədələyən 31 yaşlı forvardın "Rəvan"la oyunu buraxacağı dəqiqdir. "Banya"nin gələn həftə "İnter"lə oyuna yetişəcəyi gözlənilir.

Qeyd edək ki, "Rəvan" - "Qarabağ" oyunu, fevralın 22-də, Bayıldakı yeni arenada, saat 15:00-da keçiriləcək.

Xəbər 870 dəfə oxundu.