Gəncə şəhərində hərbi idman və turizm oyunu keçirilib
Fevralın 15-də Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Daxili qoşunlarının N saylı hərbi hissəsində “Cəsurlar” hərbi idman və turizm oyunu keçirilib.

350 dən artıq yeniyetmələrin iştirakı ilə keçirilən yarışın məqsədi orta məktəb şagirdlərini hərbi idman oyunlarına geniş cəlb etmək, onları ordu sıralarına hazırlanması olub.

Sonda birinci yerə 11 saylı, ikinci yerə 29 saylı, üçüncüyə 15 saylı orta məktəb layiq görülüb.

Xəbər 888 dəfə oxundu.