Güləş millimizin rəqibləri məlum oldu
19-20 fevralda İran İslam Respublikası paytaxtı Tehranda yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışarı keçiriləcək.

İdman.com.az saytının məlumatına görə, bu yarışda Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Belarusiya, Qazaxstan, Bolqarıstan, Koreya, Ermənistan və Macarıstan milli kimandaları iştirak edəcəklər.

Bu dəqiqələrdə yarışın püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan yığması Türkiyə, İran, Qazaxstan və Macarıstanla birgə "B" yarımqrupunda, Rusiya, Bolqarıstan, Belarusiya, Koreya və Ermənistan komandaları "A" yarımqrupunda mübarizə aparacaq.

Azərbaycan güləşçiləri ilk görüşünü Türkiyə yığmasına qarşı keçirəcək. Görüşlər Bakı vaxtı ilə səhər saat 10.00-da başlayacaq.

Xəbər 973 dəfə oxundu.