Zidan baş məşqçiliyə hazırlaşır
Futbol karyerasını başa vuran əfsanəvi Zinəddin Zidan yaşıl meydanlara baş məşqçi kimi dönməyə hazırlaşır. Fransalı hücumçu gələcək mövsümdən Madrid “Real”ının 18 yaşdan aşağı olan komandalarından birinə baş məşqçilik edəcək.

Burada təcrübə keçəcək Zidanın bir müddət sonra böyük klublarla müqavilə bağlanacağı iddia edilir.

Qeyd edək ki, Fransa millisini və “Real”ın sabiq oyunçusu Zinəddin Zidan futbol karyerasını yeddi il əvvəl başa vurub.

Xəbər 857 dəfə oxundu.