Ağdamda rayon birinciliyi keçirilib
Ağdam rayon Gənclər və İdman idarəsi təşkilatçılığı ilə 15-18 fevral tarixlərində Ağdam Olimpiya İdman Kompleksində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş müvafiq kənd və qəsəbə komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilib.

Yarışın məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini idmançılar arasında yad edilməsi, rayon ərazisində voleybol idman növünə olan marağı daha da artırmaq, bu idman növünün inkişafının və kütləviliyinin artırılmasını dəstəkləmək, sağlam həyat tərzinin təbliğı və gənclərin asudə vaxtının səmərəli təşkilindən ibarət olub..

Birincilikdə rayon üzrə 12 komanda iştirak edib. Yarışın nəticələrinə görə Bənövşələr qəsəbə komandası birinci yeri tutub. Sonda birinci, ikinci və üçüncü yeri tutan komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən kuboklarlarla, həmin komanda üzvləri isə diplom və xatirə hədiyyələrilə mükafatlandırılmışdır.

Xəbər 932 dəfə oxundu.