Taekvondoçularımız “Alexandria Open”də
Bu günlərdə İranda yerli milli komanda ilə birgə təlim-məşqlərdə iştirak edən taekvondoçularımız beynəlxalq turnir ərəfəsindədirlər. Taekvondo Federasiyasından idman.com.az saytına verilən məlumata görə, vitse-prezidenti Niyaməddin Paşayev və milli komandaların baş məşqçisi Ələkbər İmaməliyevin rəhbərliyi ilə Misir Ərəb Respublikasına yollanan heyətə 31 idmançı cəlb edilib.

24-27 fevralda İskəndəriyyə şəhərində “Alexandria Open” beynəlxalq turnirində milli komandamızı qadınların baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev və kişilərdən ibarət heyətin böyük məşqçisi Elnur Amanov da müşaiyət edəcək.

Məşqçilər heyəti müxtəlif çəkilərdə bir neçə idmançıya şans verib. Qarşıdakı yarışda iştirak edəcək heyətə aşağıda adları göstərilən taekvondoçular daxil edilib:

1.Samir Aydınov – 54 kq
2.Vüqar Kərimov – 54 kq
3.Məcid Sofiyev – 54 kq
4.Samir Cavadlı – 58 kq
5.Vüsal Məmmədov – 58 kq
6.Ruslan Abbasov – 58 kq
7.Pərvin Əliyev – 58 kq
8.Ramik Nəzərov – 63 kq
9.Tahir Hüseynov – 63 kq
10.Hüseyn Mehralıyev – 68 kq
11.Fariz Əliyev – 68 kq
12.İlkin Şahbazov – 74 kq
13.Elvin Məmmədov – 74 kq
14.Vladislav Subbotin – 74 kq
15.Ramin Əzizov – 80 kq
16.Xosrov Əhmədov – 80 kq
17.Ramin Abdullayev – 80 kq
18.Bayraməli Vəliyev – 87 kq
19.Fərid Tağızadə - 87 kq

Qadınlar:

1.Xəyalə Quliyeva – 46 kq
2.Surə Fərəcli 46- kq
3.Nübar Hacıyeva – 49 kq
4.Türkanə Tahirli – 49 kq
5.Ülviyyə İskəndərova – 49 kq
6.Günay Ağayeva – 53 kq
7.Aygül Abdullayeva – 53 kq
8.Günay Ağakişiyeva – 57 kq
9.Səbinə Mikayılova – 62 kq
10.Aytən Səmədli – 62 kq
11.Fəridə Əzizova – 67 kq

Qeyd edək ki, 5-ci dəfə təşkil edilən “Alexandria Open” turniri Ümumdünya Taekvondo Federasiyasının “G1” dərəcəli yarışlarındandır. Bu nüfuzlu turnirin mükafatçıları eyni zamanda beynəlxalq reytinq xallarını artırmış olurlar. Fevralın 21-də səfərə çıxan milli komandamız ayın 28-də Bakıya dönəcək. Misirdəki turnirin ardından taekvondoçularımızı gərgin yarış qrafiki gözləyir.

Xəbər 1053 dəfə oxundu.