Aeroflot Open 2013 başa çatıb
2013-cü il fevralın 12-də Moskva şəhərində start götürən “Aeroflot Open 2013” ənənəvi beynəlxalq şahmat festivalı dünən başa çatıb.

Finalda 16 şahmatçı mübarizə aparıb.
Finala vəsiqə qazanan Rauf Məmmədov 1/8 finalda Rusiya şahmatçısı Pyotr Svidlerə məğlub olaraq mübarizəni dayandırıb. Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə 1/8 finalda Vyetnamlı Le Quang Liemə qalib gələrək ¼ finalda rusiya şahmatçısı Aleksandr Qrişuka məğlub olub.

Beləliklə, Şəhriyar Məmmədyarov 5-8-ci , Rauf Məmmədov isə 9-16-cı yerləri bölüşüblər.

Turnirin qalibi Rusiya şahmatçısı beynəlxalq qrossmeyster Sergey Karyakin olub.

Xəbər 858 dəfə oxundu.