Güləş üzrə Bakı birinciliyi başa çatıb
Hövsan Olimpiya İdman Kompleksində 1997-1998-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı birinciliyi keçirilib.

Yarışda sərbəst güləş üzrə 231 idmançı iştirak edib. Orxan Əliyev (“Neftçi” İSM, 63 kq), Sadman Əmirov (“Azəri”, 69 kq), Sənan Əlizadə (“Neftçi”, 76 kq), Üzeyir Yusifov (6 saylı UGGİM, 85 kq), Səfa Əlizadə (“Nardaran”, 100 kq) bütün rəqiblərinə qalib gəlib, qızıl medal qazanıblar.

Yunan-roma güləşi üzrə isə 287 idmançı arasında Ülvi Qənizadə (“Neftçi”, 63 kq), Orxan Hümbətov (“Cəngi”, 69 kq), Aftandil Əliyev (“Lider”, 76 kq), Kənan Rüstəmov (“Cəngi”, 85 kq) fərqləniblər.

Xəbər 906 dəfə oxundu.