Sumqayıtda cüdo üzrə şəhər birinciliyi
16-17 fevral tarixlərində Mehdi Hüseynzadə adına şəhər stadionda keçirilən “05 Mart Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş cüdo üzrə 18-20 yaşlı gənclər arasında şəhər birinciliyində “Təhsil” RİM-Sumqayıt Filialı, 2 saylı UGİM, “Azəri” İSM, DİN-İ.C. və İOEUGİM-inin 70-ə yaxın idmançısı qalib adı uğrunda mübarizə aparıblar.

Yarışda Mehman Xəlilov (55kq), Nəsir Nəsirov (60kq), Pərvin Babayev (66kq), Cəlal Paşazadə (73kq), Ceyhun Babakişiyev (81kq), Vüsal Həsənov (90kq), Cümşüd Qasımlı (100kq), Elşad Abdullayev (+100kq) oğlanlar arasında, Çinarə Quliyeva (44kq), İlahə Quluzadə (48kq), Aygün Məmmədova (52kq), Füruzə Rəfiyeva (57kq) və Səbinə Abdullayeva 63kq) isə qızlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sonda qaliblər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunublar.

Xəbər 4306 dəfə oxundu.