Xavi Lionel Messiyə dəstək olub
“Barselona”nın futbolçusu Xavi komanda yoldaşı Lionel Messiyə dəstək olub.

spaniya kubokunun yarımfinal mərhələsinin Madrid “Real”ına qarşı keçirilən ilk oyunundan sonra Messinin rəqib futbolçu Arbeloa ilə dava etdiyi , məşqçi Karankanı təhqir etməsi barədə xəbərlərə münasibət bildirən Xavi deyib: “Bunlara anlam verə bilmirəm. Niyə sadəcə futboldan danışmırıq. Nə demək istəyirlər? Məgər, Messi pis insandır? Messinin nüfuzunu zədələləməyə çalışırlar”.

Bu cür hadisələrin futbolda hər zaman olduğunu deyən Xavi “Bunun həqiqətən yaşanıb-yaşanmadığı məni maraqlandırmır. Heç Messidən də bu haqda soruşmadım”deyərək sadəcə futbola önəm verdiyini vurğulayıb.

Xəbər 843 dəfə oxundu.