Kamal Bayramovun zədəsi ciddidi
Dünən "Xəzər Lənkəran"la oyunun əvvəlində zədələnən "Turan"ın qapıçısı Kamal Bayramovun zədəsi ciddidi. Adrian Skarlatakenin vurduğu topu çıxarmaq istərkən sifəti qapı dirəyinə dəyən qolkiperin burnu sınıb vı çənə sümüyü çatlayıb.

Həkimlər danışmaqda çətinlik çəkən Bayramovun beyin silkələnməsi keçirməsindən də narahatdılar.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Turan" matçı meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 962 dəfə oxundu.