“Petrolul” klubu növbəti yoxlama oyununu keçirib
Millimizin üzvü Elhad Nəzirinin müqavilə bağladığı Rumıniyanın “Petrolul” klubu növbəti yoxlama oyununu keçirib. Futbolçumuzun komandası Serbiyanın “Srvena Zvezda” klubu ilə qarşılaşıb.

Oyun serblərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yenicə 3,5 illik müqaviləyə imza atmış Elhad bu oyunun iştirakçısı olmayıb. O, bundan əvvəlki iki qarşılaşmada meydana çıxmışdı.

Xəbər 857 dəfə oxundu.