Kubokda erkən final olacaq
İngiltərə Federasiya Kubokunda 5 tur matçları bitməmiş 6-cı turun qarşılaşmaları məlum olub. “Mançester Siti” evində “Barnsli”ni qonaq edəcək.

“Mançester Yunayted” “Ridinq”lə, “Çelsi” isə “Middlesbru”ylə qarşılaşacaq. İki cütlüyün qalibi isə bir-biriylə üz-üzə gələcək. “Mançester Yunayted” və “Çelsi” qələbə qazanacaqları təqdirdə bir-birinə rəqib olacaq. Mütəxəssislər isə bunu kubokun erkən finalı kimi qiymətləndirir.

Xəbər 880 dəfə oxundu.