Daşkəsəndə rayon birinciliyi
12-14 fevral tarixlərdə Daşkəsən rayon S.Vurğun adına 4 saylı tam orta məktəbin idman zalında ümumtəhsil məktəblilərinin komandaları arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.

Yarışın məqsədi rayonda voleybol idman növünün inkişaf etdirilməsi, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması olub. Yarışda 60 nəfər iştirak edib. Gərgin keçən mübarizədən sonra Ə.İsmayılov adına Quşçu kənd tam orta məktəbin komandası birinci, S.Vurğun adına 4 saylı orta məktəbin komandası ikinciyə, İ.Nəsimi adına tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüblər.

Qaliblər Gənclər və İdman idarəsi tərəfindən təltif olunub.

Xəbər 1315 dəfə oxundu.