“Kəpəz” qarşıdakı oyunun hazırlıqlarına başlayıb
Topaz Premyer Liqasında XXI turun oyunları çərçivəsində səfərdə AZAL-la qarşılaşacaq “Kəpəz” dünən qarşıdakı oyunun hazırlıqlarına başlayıb. “Rəvan”la matçdan sonra komandaya dincəlmək imkanı verməyən məşqçilər korpusu “Dalğa Arena”da yetirmələrini məşqə çıxarıb.

Hazırlıq prosesindən sonra nahara çıxan futbolçular istirahətə buraxılıb. Növbəti məşq bu gün saat 11:00-a təyin olunub.

Xəbər 814 dəfə oxundu.