«Styaua»nın sahibinə 3 il həbs
Buxarest «Styaua»sıeıe sahibi Cici Bekali şərti olaraq 3 illik həbs cəzasına məhkum olunub. Buna səbəb 3 nəfərin qeyri-qanuni saxlanılması olub. Bekali indi hər ay polis idarəsinə gəlib qeydiyyatdan keçməlidir.

2009-cu il yanvarın 27-də bir qrup adam küçələrin birindəki dava-dalaşdan sonra 3 nəfərin Bekalinin «Mersedes»inin yük yerinə salınaraq aparıldığının şahidi olub. Həmin üç nəfəri Buxarestin ətrafındakı bir evə aparıb orada 3 saat saxlayıblar.

İdman.com.az saytının məlumatına görə, hazırda Dubayda istirahətdə olan Bekali Birləşmiş Ərəb Əmirliklərindən siyasi sığınacaq istəyəcəyinin mümkün olduğunu söyləyib: «Rumıniya indi təhlükəsiz yer deyil. Mən öz ailəmi ağlayan görmək istəmirəm».

Xəbər 1012 dəfə oxundu.