Anelka İbrahimoviçə çatdı
Hazırda «Yuventus»da oynayan Nikolya Anelka isveçli Zlatan İbrahimoviç kimi Çempionlar Liqasında özünün 6-cı komandasının formasını geyinməyə imkan tapdı. Yanvarda «Şanxay Şenxua»dan alınmış fransalı «Seltik»lə Çempionlar Liqası matçın sonluğunda meydana çıxaraq, Turin klubunda debüt etdi və bununla da İbrahimoviçin rekordunu təkrarlamış oluç.

İdman.com.az saytının məlumatına görə, Bundan öncə Anelka «Arsenal», «Real», «Çelsi», PSJ və «Fənərbağça» ilə Çempionlar Liqasında oynayıb. İbrahimoviçin hesabında olan belə klublar isə «Ayaks», «Yuventus», «İnter», «Barselona», «Milan» və PSJ-dir.

Xəbər 1112 dəfə oxundu.