“Ağsu” komandası heyətinə daha iki futbolçu cəlb edib
Futbol üzrə Azərbaycan birinci divizionunda mübarizə aparan “Ağsu” komandası heyətinə daha iki futbolçu cəlb edib.

“Ağsu” kollektivi “Rəvan” və “Simurq”un əvəzedici komandalarının üzvləri ilə güclənib.

Ağsu təmsilçisinin heyətinə cəlb etdiyi Həsən Qəhrəmanov (“Simurq”) və Murad Axundzadə (“Rəvan”) yarımmüdafiə xəttində çıxış edirlər.

AzərTAc

Xəbər 1512 dəfə oxundu.