Klublarımız UEFA reytinqində mövqeyini qorudu
Bu gün UEFA Avropa klublarının fevral ayı üçün reytinq cədvəlini açıqlayıb. Siyahıda yer alan komandalarımızdan heç birinin mövqeyi dəyişməyib.

Azərbaycandan ən yaxşı göstəricilərə malik olan “Neftçi” və “Qarabağ” 5.708 xalla əvvəlkitək 226-227-ci yerdə qərarlaşıb. “Bakı” 270-ci (3.958), “İnter” 294-cü (3.458), “Xəzər Lənkəran” 322-ci (2.958), AZAL və “Simurq” isə 1.958 xalla müqaviq olaraq 373 və 374-cü yerləri tuturlar.

Son beş ildə avrokuboklarda göstərilən nəticələrə əsasən, hazırlanan reytinq cədvəlinə 150.919 xalla yenə də İspaniya “Barselona”sı başçılıq edir. Almaniya “Bavariya”sı ikinci (131.094), İngiltərə “Mançester Yunayted”I isə (129.707) üçüncüdür.

Xəbər 987 dəfə oxundu.