“Xəzər Lənkəran” “Turan”ı qəbul edəcək
“Xəzər Lənkəran” Premyer Liqanın XX turunda “Turan”ı qəbul edəcək. Lənkəranda baş tutacaq qarşılaşma rəqiblər arasında 19-cu matç olacaq. Bunadək komandalar 17 dəfə çempionat, 1 dəfə kubokda qarşılaşıb.

Penaltilər seriyasınadək davam edən kubok matçının 120 dəqiqəsinin nəticəsini nəzərə alsaq, “Xəzər Lənkəran” 12, “Turan” cəmi 2 qələbə qazanıb. Daha 4 matç isə heç-heçə başa çatıb. Bu matçlarda Lənkəran klubu 31 top vurub və 11-ni buraxıb.

Çempionatdakı 17 matçda isə 12 qələbə qazanan lənkəranlılar 3 heç-heçə edib və 2 dəfə uduzub. Bu qarşılaşmalardakı top fərqində “Xəzər Lənkəran” 3 qat üstünlüyə malikdi – 30:10.

9-cu dəfə “Xəzər Lənkəran”ın meydanında baş tutan görüşlərdə aşkar favorit meydan sahibləridi. 6 qələbə qazanan “Xəzər Lənkəran” 2 dəfə heç-heçə edib və heç vaxt uduzmayıb. Qonaqları 15 qolla məyus edən cənublular cəmi 2 dəfə qol üzüntüsü yaşayıb.

07.08.2004 Turan (Tovuz) – Xəzər Lənkəran 1:1
06.04.2005 Xəzər Lənkəran – Turan (Tovuz) 1:0
11.12.2005 Turan (Tovuz) – Xəzər Lənkəran 1:0
14.05.2006 Xəzər Lənkəran – Turan (Tovuz) 1:0
23.09.2006 Xəzər Lənkəran – Turan (Tovuz) 0:0
12.05.2007 Turan (Tovuz) – Xəzər Lənkəran 2:3
16.09.2007 Xəzər Lənkəran – Turan (Tovuz) 2:0
27.04.2008 Turan (Tovuz) – Xəzər Lənkəran 0:4
13.09.2008 Xəzər Lənkəran – Turan (Tovuz) 5:0
21.02.2009 Turan (Tovuz) – Xəzər Lənkəran 0:1
12.09.2009 Xəzər Lənkəran – Turan (Tovuz) 1:1
13.12.2009 Turan (Tovuz) – Xəzər Lənkəran 1:2
23.10.2010 Xəzər Lənkəran – Turan (Tovuz) 2:0
04.12.2010 Turan (Tovuz) – Xəzər Lənkəran 1:2
20.08.2011 Xəzər Lənkəran – Turan (Tovuz) 3:1
07.03.2012 Turan (Tovuz) – Xəzər Lənkəran 0:1
29.09.2012 Turan (Tovuz) – Xəzər Lənkəran 2:1

Xəbər 857 dəfə oxundu.