Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən XIII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasının əlil idmançılarını və onların məşqçilərini Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən XIII Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə qərara alıram:

1. XIII Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

– birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə isə 100 min manat;
– ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə isə 50 min manat;
– üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə isə 25 min manat.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 avqust 2008-ci il.

Xəbər 1105 dəfə oxundu.